Главная > Cəmiyyət > Allahşükür Paşazadə: "Azərbaycanda dini etiqadına görə heç kim təqiblərə məruz qalmır"
Allahşükür Paşazadə: "Azərbaycanda dini etiqadına görə heç kim təqiblərə məruz qalmır"28-07-2023, 21:44. Разместил: azadses |
"Bu gün Azərbaycanda dini etiqadına görə heç kim təqiblərə məruz qalmır". “Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, şiə və sünni olmasından asılı olmayaraq, Azərbaycanda hər kəsə eyni münasibət göstərilir. “Azərbaycanda şiə məzhəbli şəxslərə qarşı represiyaların olması barədə iddialar yalandır, şayiədir”, - QMİ sədri vurğulayıb. Вернуться назад |