Главная > Cəmiyyət > Bakıda “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçiriləcək

Bakıda “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçiriləcək


28-07-2023, 13:39. Разместил: azadses
Bu il oktyabrın 26-27-də "Bakı Konqres Mərkəzi" MMC-də “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçiriləcək.

"Report"a daxil olan məlumata görə, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

CIDC-2023 sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayacaq.

Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcək.

Tədbir haqqında ətraflı məlumatı əldə etmək və iştirakçı qismində qeydiyyatdan keçmək üçün tədbirin saytına (https://cidc.gov.az) müraciət etmək olar.


Вернуться назад