Главная > Cəmiyyət > AZAL yayılan xəbərlərə aydınlıq gətirdi – AÇIQLAMA
AZAL yayılan xəbərlərə aydınlıq gətirdi – AÇIQLAMA11-08-2020, 10:13. Разместил: azadses |
Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin yarıtmaz fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatlarına start verilməsi barədə bir çox KİV-də xəbərlər yer almaqdadır. Qazet.az yerli KİV-ə istinadən xəbər verir ki, təmizləmə əməliyyatının həyata keçirildiyi qurumlardan birinin də AZAL olaraq qeyd edilib. Məlumata əsasən, şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən çıxarılan şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyevin olduğu bildirilir. AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski Qazet.az-a açıqlamasında bildirib ki, yayılan xəbərlər rəsmi deyil. AZAL-da hər hansı kadr dəyişikliyi olacağı təqdirdə rəsmi məlumat veriləcək. Вернуться назад |