Главная > Cəmiyyət > Xudatda iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb

Xudatda iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb


25-07-2023, 07:55. Разместил: azadses
Xudatda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xudat-Nabran avtomobil yolunun Müqtədir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2105" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Səfərov Elvin Mahir oğlu, 2000-ci il təvəllüdlü Şahbazov Seyid İlham oğlu, 1999-cu il təvəllüdlü Mirzəyev Ağa Ələddin oğlu, 1991-ci il təvəllüdlü Şahverdiyev Elşad Hikmət oğlu və Əlimuradov Aydın Məlik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад