Главная > Cəmiyyət > Azərbaycan Prezidentinin Şuşa Qlobal Media Forumundakı çıxışı Moldova mətbuatının diqqət mərkəzində olub

Azərbaycan Prezidentinin Şuşa Qlobal Media Forumundakı çıxışı Moldova mətbuatının diqqət mərkəzində olub


23-07-2023, 15:18. Разместил: azadses
Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı Moldova mətbuatının diqqət mərkəzində olub.

"Report"un Şərqi Avropa bürosunun xəbərinə görə, Moldova və rus dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb.

"Report"a istinadən verilən materiallarda qeyd olunub ki, tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib.


Вернуться назад