Главная > Cəmiyyət > AQTA 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb
AQTA 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb20-07-2023, 21:02. Разместил: azadses |
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb. Bu barədə "Report"a qurumdan məlumat verilib. Bildirilib ki, 18-19 iyul tarixlərində agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində və İsmayıllı, Masallı, Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb. Вернуться назад |