Главная > Cəmiyyət > Müşavir: “15 iyul hadisələri bəzilərinin göstərməyə çalışdığı kimi bir teatr səhnəciyi deyildi”

Müşavir: “15 iyul hadisələri bəzilərinin göstərməyə çalışdığı kimi bir teatr səhnəciyi deyildi”


15-07-2023, 07:58. Разместил: azadses
“15 iyul hadisələri bəzilərinin göstərməyə çalışdığı kimi bir teatr səhnəciyi deyildi”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır Türkiyənin 15 İyul “Demokratiya və Milli Birlik Günü” münasibətilə Bakıda keçirilən konfransda səsləndirib.

Müşavirin sözlərinə görə, FETÖ xain çevriliş planı ilə 15 iyulda nələr edə biləcəyini hər kəsə göstərib:

“Mən daxili işlər mənsubu kimi bu hadisələrdə birbaşa iştirak etmişəm. 15 iyula kimi dəfərlərlə bir sıra hadisələr törədiblər. Bir sözlə, bu hadisələr bəzilərinin göstərməyə çalışdığı kimi bir teatr səhnəciyi deyildi”.

“FETÖ terror təşkilatı Türkiyədə çevrilişə cəhd edərək siyasi idarəetməni ələ keçirmək üçün “hər yolun mübah olduğunu” düşünən və bütün vasitələrdən istifadə edən bir quruluşdur”-, M. Çakır vurğulayıb.


Вернуться назад