Главная > Cəmiyyət > Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR: Yoluxma....
Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR: Yoluxma....10-08-2020, 16:44. Разместил: azadses |
Azərbaycanda yeni koronavirus infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Azerforum.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 2 vəfat edib. Bu günə qədər ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, aktiv xəstə sayı 2 513-dür. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddət ərzində isə ümumilikdə 790 141 test aparılıb. Вернуться назад |