Главная > Cəmiyyət > Naxçıvanda ilk dəfə yerin təkinin istifadəyə verilməsi üzrə hərrac keçirilib
Naxçıvanda ilk dəfə yerin təkinin istifadəyə verilməsi üzrə hərrac keçirilib7-07-2023, 18:12. Разместил: azadses |
Bu gün Naxçıvan MR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə birlikdə yerin təkinin istifadəyə verilməsi üzrə ilk dəfə hərrac keçirib. "Report"un yerli bürosunun məlumatına görə, hərracda 1 lot üzrə Babək və Culfa rayonlarının ərazisində yerləşən “Qoşaquldağ” (Pircuvardüzü) qum yatağı satışa çıxarılıb. Başlanğıc qiyməti 15 180 manatdan başlayan yatağın istismar müddəti 15 ilə qədərdir. Вернуться назад |