Главная > Cəmiyyət > Energetika Nazirliyi 6 ayda 117 icazə verib
Energetika Nazirliyi 6 ayda 117 icazə verib6-07-2023, 14:52. Разместил: azadses |
Bu ilin birinci yarımili ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 117 icazə verilib. “Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunlardan 73-ü ixrac nəzarətinə düşən malların idxalı, 4-ü ixracı, 40-ı isə tranziti ilə bağlı olub. Bu ilin 2-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 63 icazə verilib ki, bunlardan 37-si ixrac nəzarətinə düşən malların idxalı, 3-ü ixracı, 23-ü isə tranziti ilə bağlı icazələr təşkil edib. Bu dövrdə bütün icazələrin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib. Вернуться назад |