Главная > Cəmiyyət > BƏƏ hidrogen istehsalını ildə 15 milyon tona çatdırmağı planlaşdırır
BƏƏ hidrogen istehsalını ildə 15 milyon tona çatdırmağı planlaşdırır5-07-2023, 11:01. Разместил: azadses |
Birləşmiş Ərəb Əmirlikləri 2050-ci ilə qədər hidrogen istehsalını ildə 15 milyon tona çatdırmağı planlaşdıran yeni enerji strategiyasını təqdim edib. “Report” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl-Mazrui sənədin təqdimatında deyib. Onun sözlərinə görə, göstərilən məqsədə nail olmaq üçün BƏƏ bir neçə hidrogen oazisi, həmçinin hidrogenin tətbiqi sahəsində milli tədqiqat və inkişaf mərkəzi tikmək niyyətindədir. “Təşəbbüs BƏƏ-nin enerji balansında təmiz enerjinin payını 2030-cu ilə qədər 32%-ə, 2035-ci ilə qədər 38%-ə, 2050-ci ilə qədər isə 100%-ə çatdıracaq. Bu strategiya BƏƏ-nin 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq və qlobal hidrogen iqtisadiyyatının inkişafını sürətləndirmək öhdəliyini yerinə yetirməkdə kömək etmək üçün mühüm alət rolunu oynayır”. BƏƏ-nin əvvəlki enerji strategiyası 2017-ci ildə qəbul edilib. O, 2050-ci ilə qədər ölkənin enerji kompleksində təmiz enerjinin payının 25%-dən 50%-ə qədər artırılmasını və elektrik enerjisi istehsalının karbon izinin 70%-ə qədər azaldılmasını nəzərdə tuturdu. Strategiyanın məqsədlərindən biri də müxtəlif enerji mənbələrindən, o cümlədən nüvədən istifadə edən enerji balansına nail olmaqdır. Вернуться назад |