Главная > Cəmiyyət > Azərbaycanda zəlzələ nəticəsində dəmir yolu infrastrukturuna ziyan dəyməyib
Azərbaycanda zəlzələ nəticəsində dəmir yolu infrastrukturuna ziyan dəyməyib4-07-2023, 09:28. Разместил: azadses |
Bu gecə saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən "Azərbaycan Dəmir Yolları" QSC-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib. Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər. Вернуться назад |