Главная > Cəmiyyət > Gələn il daha ağır virus gələcək və bizi bundan da bərk silkələyəcək
Gələn il daha ağır virus gələcək və bizi bundan da bərk silkələyəcək10-08-2020, 14:01. Разместил: azadses |
Millətin qızıl genefondu Quruluş formasından və idarə üsulundan asılı olmayaraq, bütün dövlətlər “qara gün” üçün “qızıl fondu” yaradır və xəzinəni doldurmağa çalışır. Çox qədimdən qalan zərərli ənənədir. Sonda gətirib qarətlərə və qırğınlara çıxarır. Lakin insanlara həmişə elə gəlib və bu gün də elə gəlir ki, dövlətin qızıl ehtiyatı nə qədər güclü olsa, onun dayaqları bir o qədər möhkəm olar. Sabitliyi, əminamanlığı zəngin qızıl xəzinəsi üzərində qurmağa çalışan lider, bir qayda olaraq, tarixin verdiyi ibrət dərsinə məhəl qoymur, faciənin kökünü başqa yerdə axtarır. Bu fəsildə mən sizi inandırmağa çalışacam ki, “zəngin xəzinə - güclü dövlətdir” ideyası yanlış və zərərlidır. El arasında əsrlərin sınağından çıxmış belə bir deyim var: “Qızıl - sahibinə qismət olmur”. Ona görə qismət olmur ki, heç bir dövlət yığdığı ölü metalı və daş-qaşı insan amilinə çevirmək haqqında düşünmür, dövlət sərvəti heç bir ölkədə milli sərvətə çevrilmir. Bəs hansı halda dövlətin qızıl fondu işləyir və fayda verir? Yalnız xəzinə millətin Qızıl Genefondunu yaratmaq və yaşatmaq kimi şərəfli vəzifəyə xidmət edəndə. Bu halda cansız metal canlanır, insaniləşir, ülviləşir, milləti və dövləti qüdrətli edir, böyük bəlalardan qoruyur. Sərvət yüksək əqidəli Kamil Vətəndaş formalaşdırmaq işinə xidmət edəndə - ölkədə ədalət bərqərar olur, sabitlik və əminamanlıq hökm sürür, cinayətkarlığa, münaqişələrə, separatizmə, terrorçuluğa, müharibələrə, xəstəliklərə son qoyulur. Bu halda xəstəliklərin, cinayətkarlığın, terrorizmin, iqtisadi və siyasi böhranların qarşısını almaq, müharibə etmək üçün çəkilən xərcələrə ehtiyac qalmır. Bu halda Yer kürrəsi insanların sakit, rahat və xoşbəxt yaşdığı CƏNNƏTƏ çevrilir. Bir paradoksa fikir verin: indicə sadaladığım xərclər artıqca - xəstəliklər də artır, cinayətkarlıq da, münaqişələr də, müharibələr də, terrorçuluq da, iqtisadi və siyasi böhranlar da, təbii fəlakətlər də. Mən bu sətirləri “COVİD - 19” və yaxud “koronavirus” bütün dünyanı cənginə alıb silkələdiyi bir ağır karantin şəraitində yazıram. Tam əminəm ki, gələn il, yaxid o biri il üstümüzə bundan da ağır virus gələcək və bizi bundan da bərk silkələyəcək. Onu da dəqiq bilirəm ki, virusun dalınca ondan da güclü iqtisadi və siyasi böhranınların, təbii fəlakətlərin yeni dalğası gələcək. Biz də təqsiri özümüzdə deyil, qıraqda, “hardasa orda” axtaracağıq və bu bəlalara qarşı “mübarizəyə” çəkilən xərcləri daha da artıracağıq. Halbuki Yer üzündə baş verən bütün fəlakətlərin qarşısını çox asanlıqla - hər bir ölkədə MİLLƏTİN QIZIL GENEFONDUNU yaratmaqla almaq mümkündür. Özü də bu işi görmək üçün nə xəzinə doldurmaq, nə ordunu, polisi və səhiyyə sistemini gücləndirmək, nə inqilab etmək, nə də kosmosa uçmaq lazımdır. Əsərlərimin hamısında həmişə insanların diqqətini bir vacib reallığa çəkməyə çalışmışam: səbəbsiz nəticə yoxdur, nəticəsiz də səbəb. Gəlin bu fəsildə toxunduğumuz problemi də “səbəb-nəticə” qanunu çərçivəsində araşdıraq. Necə olur ki, hüquq-mühafizə orqanı işçilərinin sayı artdıqca və cinayətkarlığa mübarizəyə qarşı ayrılan xərclər çoxaldıqca, cinayətkarların sayı artır və cinayətkar sistem güclənir? Səbəb çoxdur. Əvvəla, ona görə ki, orqanlara, əsasən, intellektual səviyyəsi aşağı olan, öz əzələsinə güvənən insanlar can atır və belə adamlara insanı azadlıqdan məhrum etmək, hətta canını alımaq kimi çox böyük imtiyazlar verilir. İkincisi, onların təmasda olduğu kütlə çox qəliz və kobud “material” olduğu üçün, onların öz də tədricən kobudlaşır və yüksək insani dəyərləri itirir. Üçüncüsü, onlar hamıya cinayətkar kimi baxırlar və hamı ilə cinayətkar kimi rəftar edirlər. Dördüncü, onlar həmişə öz ağalarından “cinayətkarı zərərsizləşdir” tapşırığı alırlar, “cinayətkarı tərbiyə et” sözləri onların qulağına yaddır. Elə buna görə də həbsxanalarda tərbiyə işi yox dərəcəsindədir. Kiçik bir xətaya görə “içəri” düşən yeniyetmə ordan çox vaxt qatı cinayətkar kimi çıxır. Ən nəhayət, düz adam orqan işçilərinə rüşvət vermir. Düz adamın buna heç imkanı da olmur. Bu səbəbdən “qanun keşikçiləri” cibində siçan gəzən düzlərlə deyil, cibi dolu əyrilərlə “dostluq” edir. Bu da millətin əqidəsini korlayır. Beləliklə də, orqan işçilərinin sayı artdıqca - haram çömçələrin sayı və cinayətkarlıq da artır. Bütün bunlar məsələnin bir tərəfidir. Bizim araşdırmanın əsas mövzusu olan ikinci tərəf ondan ibarətdir ki, ölkələrdə kamil vətəndaş formalaşdırmaq funksiyasını yerinə yetirən xüsusi dövlət qurumu yoxdur. Bu arxivacib işi hər yerdə ailələrin, heç bir səlahiyyəti olmayan bağçaların və məktəblərin üstünə atıblar. Millətin Qızıl Genefondunu yaradan xüsusi qrum olmadığı üçün, hər bir ölkədə minlərlə, milyonlarla gözəl ideya reallaşa bilmir, kamil insanlarla bərabər torpağa gömür. Faydalı ideyanın (məsələn, sağlam həyat tərzi haqqında qanun qəbul etmək) sponsoru olmadığı halda, zərərli ideyaların (məsələn, silah istehsal etmək), hər yerdə güclü havadarı olur. Cinayətkarlarla məşqul olan çoxlu təşkilat (polis, prokuratura, təhlükəsizlik nazirliyi, məhkəmə sistemi) fəaliyyət göstərdiyi halda, xalq üçün, vətən üçün can yandıran kamil vətəndaşın faydalı fikirlərini və təkliflərini bir “xəzinəyə” yığıb, onları gözəl əmələ çevirən bircə təşkilat yoxdur. Bunun nəticəsidir ki, dünyada xəstəliklər də artır, münaqişələr də, müharibələr və onların qurbanları da. Heç kəs soruşmaq istəmir: biz hara gedirik? Вернуться назад |