Главная > Cəmiyyət > Oğuzda hoteldə həkimin tibbi yardım göstərdiyi şəxsin bir neçə saat sonra meyiti tapılıb

Oğuzda hoteldə həkimin tibbi yardım göstərdiyi şəxsin bir neçə saat sonra meyiti tapılıb


27-06-2023, 07:59. Разместил: azadses
Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən "Səma" hotelində qeydə alınıb.

Belə ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər oteldə ürəktutmasından vəfat edib.

Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib.

Toydan çıxıb hotelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında hətta ona Təcili Tibbi Yardım çağırılaraq iynə də vurulub. Bu gün səhər isə hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад