Главная > Cəmiyyət > Tədarük məntəqələrinə 352 ton yaş barama təhvil verilib

Tədarük məntəqələrinə 352 ton yaş barama təhvil verilib


21-06-2023, 16:53. Разместил: azadses
Azərbaycanın 41 rayonunda kümçülər tədarük məntəqələrinə 352 ton yaş barama təhvil verib.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu il ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Yerli kümçülər 2023-cü il mövsümündə 52,865 ton yaş barama təhvil verib. Ağcabədi (34,336 ton), Zaqatala (28,907 ton), Balakən (28,151 ton), Bərdə (21,117 ton), Tərtər (14,747 ton), Şəki (13,737 ton), Qax (12,385 ton), Füzuli (10,416 ton), Lənkəran (9,896 ton), Sabirabad (9,744 ton), Yevlax (9.583 ton) və Ağdam (9,210 ton) ən çox yaş barama tədarük edən rayonlardır.

Kümçülərlə imzalanmış müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyir.

Yaş barama tədarükü davam edir.


Вернуться назад