Главная > Cəmiyyət > Anar Rzayev: "Azərbaycanda sərnişindaşıma sahəsi üçün yeni elektron tətbiqlər hazırlanır"

Anar Rzayev: "Azərbaycanda sərnişindaşıma sahəsi üçün yeni elektron tətbiqlər hazırlanır"


20-06-2023, 20:34. Разместил: azadses
Hazırda Azərbaycanda nəqliyyat sahəsində fərqlənmə nişanlarının 67-68 %-i elektron qaydada verilir.

"Report" xəbər verir ki , bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

O vurğulayıb ki, icazə blanklarının da elektron qaydada verilməsi təmin edilib.

A. Rzayev qeyd edib ki, AYNA sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir: "Yeni elektron tətbiqlər üzərində iş aparılır".


Вернуться назад