Главная > Cəmiyyət > Laçın-Zabux yolunda yük avtomobilləri toqquşub, ölən var

Laçın-Zabux yolunda yük avtomobilləri toqquşub, ölən var


16-06-2023, 13:11. Разместил: azadses
Laçın-Zabux yolunda yük avtomobilləri toqquşub, ölən var.

“Report” xəbər verir ki, hadisə iyunun 15-də Laçın rayonu ərazisində qeydə alınıb.

Belə ki, Fərman Hüseynovun idarə etdiyi "MAN" markalı yük avtomobili Elman Qarayevin idarə etdiyi "MAN" markalı yük avtomobili ilə toqquşub. Nəticədə F.Hüseynov ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.


Вернуться назад