Главная > Cəmiyyət > Ağdamda 4 tondan artıq çətənə bitkisi aşkarlanıb

Ağdamda 4 tondan artıq çətənə bitkisi aşkarlanıb


16-06-2023, 11:33. Разместил: azadses
Ağdamda 4 tondan artıq çətənə bitkisi aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitən, çəkisi 4 tondan artıq olan çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Вернуться назад