Главная > Cəmiyyət > Xocavənddə 3 ton 200 kiloqram çətənə bitkisi aşkarlanıb

Xocavənddə 3 ton 200 kiloqram çətənə bitkisi aşkarlanıb


14-06-2023, 20:49. Разместил: azadses
Xocavənddə 3 ton 200 kiloqram çətənə bitkisi aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Xocavənd kəndi ərazisində yabanı halda bitən, çəkisi 3 ton 200 kiloqram olan çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Вернуться назад