Главная > Cəmiyyət > Ağdamda çətənə bitkisinin kultivasiyasını təşkil edənlər saxlanılıblar
Ağdamda çətənə bitkisinin kultivasiyasını təşkil edənlər saxlanılıblar13-06-2023, 15:11. Разместил: azadses |
Ağdamda polislər qanunsuz olaraq çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxsləri saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində rayon sakinləri Anar Babayev və onun qohumu olan qadın saxlanılıb. Onlar aqrotexniki üsulla narkotik tərkibli bitkiləri yetişdirməkdə şübhəli olduqlarına görə, yaşadıqları ünvanlara baxış keçirilib. Baxış zamanı, ümumilikdə 160 ədəd çətənə bitkisi və 450 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan başqa keçirilən digər əməliyyat tədbiri ilə eyni əmələ görə şübhəli olan rayon sakini Səbuhi Vəliyev də saxlanılıb. Onun yaşadığı ünvandan isə 53 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Məhkəmənin qərarına əsasən, A.Babayev və S.Vəliyev barəsində həbs, A.Babayevin qohumu barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Вернуться назад |