Главная > Cəmiyyət > Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB

Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB


11-06-2023, 09:52. Разместил: azadses
Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 55 yaşlı rayon sakini 46 yaşlı həmyerlisinə “Makarov” tipli tapança ilə 3 güllə xəsarəti yetirərək onu qətlə yetirib.

Hadisə rayonun 69-cu məhəlləsi adlanan ərazisində qeydə alınıb. Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu rayonun Sor-Sor kənd sakini hazırda Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Məmmədov Müşfiq Cümşüd oğluna “Makarov” tipli tapança ilə üç güllə xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Hadisəni törədən Cümşüd İslamov isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Qeyd edək ki, mərhum Müşfiq Məmmədov Bakı şəhərindən Kürdəmirə oğlunun sabah Mingəçevir şəhərində baş tutacaq magistratura imtahanında iştirak etmək üçün gəlmişdi.

09:28
Kürdəmirdə qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a Kürdəmir rayon prokurorluğundan bildirilib.

İyunun 10-u saat 23 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində 1977-ci il təvəllüdlü Müşfiq Məmmədovun odlu silahdan açılan atəş nəticəsində ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı 1968-ci il təvəllüdlü Cümşüd İslamovun aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi odlu silahdan atəş açmaqla Müşfiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cümşüd İslamov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Вернуться назад