Главная > Cəmiyyət > Əli Əsədov: "MDB ölkələri ilə ticarət dövriyyəmiz 28 %-dən çox artıb"
Əli Əsədov: "MDB ölkələri ilə ticarət dövriyyəmiz 28 %-dən çox artıb"8-06-2023, 21:17. Разместил: azadses |
2022-ci ildə Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi dəyəri 2021-ci illə müqayisədə 28 %-dən çox artıb. "Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Rusiyanın Soçi şəhərində keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında bildirib. "Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk 4 ayda biz qarşılıqlı ticarəti 22 % artırmağa nail olmuşuq”, - deyə o qeyd edib. İclasda mövcud qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın aktuallığının artdığı, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlüyü qeyd edilib. “Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır”, - deyə Ə.Əsədov əlavə edib. Вернуться назад |