Главная > Cəmiyyət > Həkim: "Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə, problemlər baş verə bilər"
Həkim: "Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə, problemlər baş verə bilər"6-06-2023, 14:58. Разместил: azadses |
“Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə, uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər”. “Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti uşaq endokrinoloqu Azad Ələkbərzadə bildirib. Onun sözlərinə görə, bəzən yenidoğulan körpələrdə də qalxanabənzər vəzinin xəstəliklərinə rast gəlinir: “Xüsusilə qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə müşahidə olunan anadangəlmə hipotireoz xəstəliyi çox önəmlidir. Əgər həkim bu xəstəliyi vaxtında müəyyən etməzsə, o zaman uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər. Amma vaxtında müalicə başlanarsa, o zaman uşaq öz inkişafını normal şəkildə tamamlaya bilər”. Вернуться назад |