Главная > Cəmiyyət > Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin sayı artırılır
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin sayı artırılır5-06-2023, 18:19. Разместил: azadses |
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) üzvlərinin sayının 7-dən 9-a çatdırılması təklif edilir. “Report” xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, İH AMB-nin kollegial ali idarəetmə orqanıdır. Onun tərkibi sədr, daimi əsaslarla işləyən 6 üzv (hazırda 4 üzvdür) və 2 kənar üzv daxil olmaqla 9 üzvdən ibarətdir. Вернуться назад |