Главная > Cəmiyyət > Anar Bağırov: “Azərbaycanda qadın vəkillərinin azlığı bizi narahat edir”
Anar Bağırov: “Azərbaycanda qadın vəkillərinin azlığı bizi narahat edir”2-06-2023, 18:07. Разместил: azadses |
“Azərbaycanda qadın vəkillərinin azlığı bizi narahat edir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, təhlillər qonşu ölkələrdə bu problemin mövcud olmadığını göstərir: “Onlarda qadın və kişi vəkillərin sayı bərabərdir. 2018-ci ildə ölkədə qadın vəkillərin sayı 15 faiz idisə, son illərdə 20 faizə yaxındır. Hazırda Azərbaycanda 400 nəfərə yaxın qadın vəkil fəaliyyət göstərir. Ümumilikdə bu say müsbət dinamika ilə artır”. Вернуться назад |