Главная > Cəmiyyət > Əhaliyə qəti xəbərdarlıq edildi, sabahdan...- RƏSMİ
Əhaliyə qəti xəbərdarlıq edildi, sabahdan...- RƏSMİ9-08-2020, 16:50. Разместил: admin |
Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir: Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi; Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (İri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti; maşın və avadanlıqların istehsalı; elektrik avadanlıqlarının istehsalı; kompüter, elektron və optik məhsulların istehsalı; avtomobil, qoşqu və yarımqoşquların istehsalı; sair nəqliyyat vasitələrinin istehsalı; poliqrafiya məhsullarının istehsalı; zərgərlik məmulatlarının istehsalı; musiqi alətləri, idman mallarının istehsalı; geyim istehsalı; toxuculuq sənayesi; ayaqqabıların istehsalı; dəri və dəri məmulatlarının istehsalı; tütün məmulatlarının istehsalı; sair sənaye məhsullarının istehsalı. Вернуться назад |