Главная > Cəmiyyət > Türkiyənin Gəncədəki Baş Konsulluğunda səsvermə başlayıb
Türkiyənin Gəncədəki Baş Konsulluğunda səsvermə başlayıb20-05-2023, 11:22. Разместил: azadses |
Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə ikinci dəfə olaraq səsverməsi başlayıb. "Report"un Qərb bürosunun verdiyi xəbərə görə, konsulluqda bu gün səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb. Qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsvermədə iştirak etməsi üçün Gəncədə 3 seçki məntəqəsi yaradılıb. Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyası sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək. Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb. Вернуться назад |