Главная > Cəmiyyət > Avropa çempionatı: Ağamirova üçün çoxnövçülük finalı, qrup komandası mübarizəyə başlayır
Avropa çempionatı: Ağamirova üçün çoxnövçülük finalı, qrup komandası mübarizəyə başlayır20-05-2023, 09:26. Разместил: azadses |
Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında bu gün final çıxışlarını edəcək. "Report"un məlumatına görə, o, fərdi çoxnövçülükdə medal qazanmağa çalışacaq. İdmançı halqa, top və gürzlə kompozisiyalarını təqdim edəcək. Bu gün həmçinin Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası mübarizəyə qoşulacaq. Kollektiv beş halqa, üç lent və iki topla bacarıqlarını göstərəcəklər. Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb. Ağamirova halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər iki növdə finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub. Вернуться назад |