Главная > Cəmiyyət > Yanvar-apreldə 16,6 min şəxsə əlillik təyin edilib

Yanvar-apreldə 16,6 min şəxsə əlillik təyin edilib


16-05-2023, 21:05. Разместил: azadses
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 16,6 min şəxsə əlillik təyin edilib.

Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 7,8 mininə ilkin, 8,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında aparılır. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.


Вернуться назад