Главная > Cəmiyyət > ANAMA işğaldan azad olunmuş ərazilərdə vakansiya elan edib
ANAMA işğaldan azad olunmuş ərazilərdə vakansiya elan edib16-05-2023, 09:18. Разместил: azadses |
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, gözətçi, fəhlə, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. Bu barədə "Report"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Vakant vəzifə Aylıq vəzifə maaşı (manat) Aşpaz 499 Qabyuyan 437 Gözətçi 420 Fəhlə 420 Xadimə, xidmətçi 384 Yuxarıda göstərilən vəzifə maaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək şəraitinə görə əlavələr daxildir. Həmçinin, işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulmuşdur. Maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir. müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə; şəxsiyyət vəsiqəsinin surəti; təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.); əmək kitabçasının surəti (olduğu halda). Sənəd qəbulu cari ilin 31 may tarixinədək həyata keçiriləcək. Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək. Вернуться назад |