Главная > Cəmiyyət > İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 46 % artıb

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 46 % artıb


15-05-2023, 18:12. Разместил: azadses
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2022-ci ili 20,481 milyon manat mənfəətlə başa vurub.

“Report” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 45,8 % çoxdur.

Ötən il İKZF-nın faiz gəlirləri 65,992 milyon manat (əvvəlki illə müqayisədə 17,3 % çox), faiz xərcləri 35,537 milyon manat (24,5 % çox), gözlənilən kredit zərəri 1,19 milyon manat (78,3 % az), haqq və komissiya gəlirləri 1,484 milyon manat (2,3 % çox), haqq və komissiya xərcləri 1,3 milyon manat (24,05 % çox), digər gəlirləri 1,331 milyon manat (25,8 % çox), insan resursları üzrə xərclər 5,534 milyon manat (6,9 % çox), inzibati və digər xərcləri isə 4,764 milyon manat (6,8 % çox) təşkil edib. Fond mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə İKZF-nın aktivləri 2 milyard 399,981 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,3 % çoxdur. Bunun 1 milyard 708,115 milyon manatı müştərilərə verilmiş ipotek kreditləridir. 2022-ci ildə Fondun kredit portfeli 21,2 % böyüyüb.

Hesabat dövründə İKZF-nın öhdəlikləri 25,4 % artaraq 1 milyard 394,065 milyon manata, o cümlədən buraxdığı qiymətli kağızların dəyəri 26,65 % artaraq 1 milyard 368,82 milyon manata, balans kapitalı isə 11,7 % artaraq 1 milyard 5,916 milyon manata, o cümlədən nizamnamə kapitalı 11,9 % artaraq 893 milyon manata çatıb.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.


Вернуться назад