Главная > Cəmiyyət > Prezidentin köməkçisi: “Məscidləri aça bilmərik”
Prezidentin köməkçisi: “Məscidləri aça bilmərik”8-08-2020, 11:27. Разместил: azadses |
"Təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu il xüsusi ildir: "Bu gün əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”. Вернуться назад |