Главная > Cəmiyyət > Bakıda kişinin qətlinə görə oğlu şübhəli şəxs qismində saxlanılıb
Bakıda kişinin qətlinə görə oğlu şübhəli şəxs qismində saxlanılıb12-05-2023, 14:29. Разместил: azadses |
Bakıda kişinin qətlinə görə oğlu şübhəli şəxs qismində saxlanılıb. Bu barədə "Report"a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 10-u saat 20 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir. Вернуться назад |