Главная > Cəmiyyət > “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin sədri dəyişib

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin sədri dəyişib


8-05-2023, 19:03. Разместил: azadses
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

"Report" xəbər verir ki, bu, Elnarə Abbasovadır.

O, indiyə qədər şirkətin İH-nin sədr müavini olub və yeni vəzifəsində bir qədər əvvəl "Atəşgah Sığorta" ASC-nin baş direktoru təyin olunmuş Elvin Əliyevi əvəz edib.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.


Вернуться назад