Главная > Cəmiyyət > Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub


7-05-2023, 07:57. Разместил: azadses
Mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.


Вернуться назад