Главная > Cəmiyyət > 6,3 ballıq zəlzələdən sonra Yaponiya sakinlərinə xəbərdarlıq edildi - YENİLƏNİB
6,3 ballıq zəlzələdən sonra Yaponiya sakinlərinə xəbərdarlıq edildi - YENİLƏNİB5-05-2023, 19:51. Разместил: azadses |
Yaponiyanın Sudzu kəndində (İşikava prefekturası) 6,3 bal gücündə zəlzələ nəticəsində iki ev qismən uçub. Yerli yanğınsöndürmə xidmətinin məlumatına görə, dağıntılar altında bir neçə nəfər qalıb. Xilasedicilər hadisə yerinə cəlb olunublar. Ölkənin meteorologiya idarəsi gələn həftə bir sıra güclü zəlzələlərin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Tokioda keçirilən mətbuat konfransında meteorologiya idarəsinin sözçüsü deyib: “Növbəti həftə, xüsusən də yaxın 2-3 gün ərzində altı baldan yuxarı təkrar təkanlar mümkündür”. O, yerli sakinləri mümkün qədər sayıq olmağa çağırıb. Son məlumatlara görə, zəlzələ nəticəsində Suzu kəndində (İşikava prefekturası) bir nəfər ölüb. Zəlzələ zamanı kişi pilləkənlərdən yıxılıb. 11:44 Yaponiya dənizi sahilində Honsyu adasının mərkəzi hissəsində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Ölkənin meteorologiya idarəsi bildirib ki, sunami təhlükəsi yoxdur, lakin zəlzələ sahil boyu su səviyyəsində kiçik dəyişikliklərə səbəb ola bilər. Yeraltı təkanların episentri Noto yarımadasındakı İşikava prefekturasında olub. Zəlzələ ocağı təxminən 10 km dərinlikdə yerləşib. İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanları Niiqata da daxil olmaqla Yapon dənizi sahillərindəki bir neçə prefekturanın sakinləri də hiss ediblər. Baş verənlərlə əlaqədar Yaponiyanın Baş naziri Fumio Kişidanın ofisində İşikavada zəlzələ ətrafında vəziyyətin monitorinqi və onun mümkün nəticələrinin aradan qaldırılması üçün tədbirlərin hazırlanması məqsədi ilə mərkəz fəaliyyətə başlayıb. Mənbə: Kyodo Вернуться назад |