Главная > Cəmiyyət > “Qurtuluş 93” şirkətinin sədri 166 min manatlıq dələduzluq etməkdə ittiham olunur

“Qurtuluş 93” şirkətinin sədri 166 min manatlıq dələduzluq etməkdə ittiham olunur


5-05-2023, 17:34. Разместил: azadses
“Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərov 166 min manatlıq dələduzluq etməkdə ittiham olunur.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Hüseyn Əsgərovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaq zamanı Hüseyn Əsgərovun qeyd olunan vəzifədə işləyərkən “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməyib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Вернуться назад