Главная > Cəmiyyət > SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı AÇIQLAMA

SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı AÇIQLAMA


7-08-2020, 21:33. Разместил: admin
“Hacıqabul rayonu ərazisində qaz boru kəçərində yanğın baş verib”.
Bunu Oxu.Az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, hadisənin tam olaraq harada baş verməsi bilinmir:
“Hacıqabulda qaz daşımaları üçün magistral qaz boru kəmərlərimiz çoxdur. Ehtimal olunur ki, yanğın Qalmaz qaz anbarına birləşən boru kəmərində baş verib.
Bu boru yaşayış məntəqəsindən kənardan keçdiyi üçün hər hansı təhlükə yoxdur”.
O qeyd edib ki, hadisə zamanı xəsarət alan olmayıb:
“Hadisənin dəqiq nədən baş verdiyi hələ tam olaraq bilinmir. Araşdırma aparılacaq. Boru kəməri bağlanıb, ona qaz verilmir. Qaz qurtaranda yanğın da sönəcək”.


Вернуться назад