Главная > Cəmiyyət > Kürdəmirdə baş vermiş qəzada ölən digər şəxsin şəxsiyyəti məlum olub

Kürdəmirdə baş vermiş qəzada ölən digər şəxsin şəxsiyyəti məlum olub


4-05-2023, 17:20. Разместил: azadses
Ötən gün Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılması nəticəsində baş vermiş yol qəzasında ölən digər şəxsin şəxsiyyəti məlum olub.

"Report" xəbər verir ki, qəza nəticəsində avtobusda olan sərnişin Nüsrət Əliyev dünyasını dəyişib.

Eyni zamanda Həmidə Quliyeva da hadisə yerində ölüb.

Qeyd edək ki, qəza zamanı Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar qızı, Quliyev Məhəmməd Vüqar oğlu, Quliyeva Qələmnaz Vüqar qızı, Əliyev İlqar Gəray oğlu, Mehdiyev Eldəniz Zahid oğlu xəsarət alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Вернуться назад