Главная > Cəmiyyət > Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb

Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb


4-05-2023, 14:50. Разместил: azadses
Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb.

"Report"un xəbərinə görə, hadisə aprelin 24-də Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəhrəmanov Vaqif İsa oğlu idarə etdiyi "QAZ-2410" markalı avtomobillə hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Mustafayev Valeh Vahid oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə toqquşub.

Nəticədə sürücülər - V.Qəhrəmanov və V.Musayev, eyni zamanda "Mercedes-Benz" markalı avtomobildə olan sərnişin Məmmədova Validə Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.

V.Qəhrəmanov mayın 3-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Вернуться назад