Главная > Cəmiyyət > Goranboy və Tərtərdə sel suları təsərrüfata ciddi ziyan vurub

Goranboy və Tərtərdə sel suları təsərrüfata ciddi ziyan vurub


1-05-2023, 17:58. Разместил: azadses
“Sel sularının qarşısını kəsmək, daha böyük selin gəlmə ehtimalına qarşı qabaqlayıcı tədbir görmək məqsədilə suyun qarşısını alan bəndlər çəkilir”.

Bunu Oxu.Az-a açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Dilqəm Şərifov deyib.

O bildirib ki, qeyri-sabit hava şəraiti ölkənin bir çox rayonunda fəsadlar törədib:

“Dolu və leysan daha çox Goranboy və Tərtərdə ciddi fəsadlara yol açıb. Leysanın yağması, dolunun düşməsi nəticəsində əhaliyə ciddi ziyan dəyib. Goranboy və Tərtərdən fərqli olaraq Şəkiyə sadəcə dolu yağıb. Goranboy və Tərtər rayonlarına isə sel gəlib. Hər iki rayonda sel suları yollara, təsərrüfat sahələrinə və avtomobillərə ciddi ziyan vurub.

Tərtərin Dəmirçilər kəndində isə daha böyük fəsadlar qeydə alınıb. Dəmirçilər kəndində fərdi evlər su altında qalıb. Hazırda gecədən başlayaraq Azərbaycan Su Təsərrüfatı ASC-nin Yerli İstismar idarələrinin texnikaları kəndin sel sularından azad olması üçün ciddi iş rejimində çalışırlar. Sel sularının qarşısı alınır, bəzi yerlərdə məcrası dəyişdirilərək sel arxlarına yönləndirilir”.
Əhaliyə dəymiş ziyanın təxmini miqdarı ilə bağlı suallara isə qurum rəsmisi belə cavab verib:

“Hazırda əhaliyə dəyən ziyanın miqdarı bərədə dəqiq məlumat demək çətindir. Mövcud vəziyyətdə prioritetimiz kəndlərə gedən sel sularının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsidir. Daha böyük sel sularının gəlmə ehtimalını düşünərək, işçi qrupu bəndlər qurur” .

Könül Cəfərli


Вернуться назад