Главная > Cəmiyyət > Şəmkirdə ağır yol qəzasında polis əməkdaşı ölüb, dörd nəfər yaralanıb – YENİLƏNİB - 2

Şəmkirdə ağır yol qəzasında polis əməkdaşı ölüb, dörd nəfər yaralanıb – YENİLƏNİB - 2


30-04-2023, 08:59. Разместил: azadses
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “VAZ-21021” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə Seyidrüstəm Əliyev Mirsalam oğlu hadisə yerində dünyasını dəyişib

Digər avtomobildə olanlar, 2001-ci il təvəllüdlü Bağırov Fikrət Nizami oğlu, 2000-ci il təvəllüdlü Quluzadə Toğrul Azər oğlu, həmyaşıdı Mahmudov Zirəddin Namiq oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Azər Namiq oğlu müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Onlardan ikisinin vəziyyəti ağır, digərlərinin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

08:14
Daxili İşlər Nazirliyi Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

S. Əliyev polis zabiti olub, Gədəbəy Rayon Polis Şöbəsində xidmət edirdi.

08:05
Şəmkir şəhər ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, yol qəzası zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, ölən şəxsin Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад