Главная > Cəmiyyət > Ağstafada yol qəzasında 3 nəfər ölüb, 8-i yaralanıb

Ağstafada yol qəzasında 3 nəfər ölüb, 8-i yaralanıb


29-04-2023, 18:05. Разместил: azadses
Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar 1999-cu il təvəllüdlü Xəlilov Orxan, Vəliyev Sənan, Şərifova Aydan, Şərifov Raul, Şərifov Ramin, İsgəndərova Günay, İsgəndərova Şölə və İsgəndərov Emindir.

Yaralıların müalicəsi Ağstafa Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

14.44

Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək

14.36
Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb.

Bu barədə "Report"un Qərb bürosu xəbər verir.

İlkin məlumatlara görə, 4-ü uşaq olmaqla 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

14.20
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır


Вернуться назад