Главная > Cəmiyyət > “Xalq Bank”dan yeni depozit kampaniyası: Daha çox müddət, daha çox faiz

“Xalq Bank”dan yeni depozit kampaniyası: Daha çox müddət, daha çox faiz


28-04-2023, 16:39. Разместил: azadses
“Xalq Bank” əmanət şərtlərini yeniləyərək daha sərfəli etdi. Yeni kampaniya şərtlərinə əsasən indi siz sərbəst manat vəsaitlərinizi daha uzun müddətə və yüksək faizlə “Xalq Bank”a etibar edə bilərsiniz. 31 iyul tarixinədək Bankın “Müddətli”, “Proqress” və “VİP-Rantye” məhsulları üzrə əmanətlərinizi illik 7%-lə 36 ay müddətinə yerləşdirə bilərsiniz. Faizlərin ödənilməsi məhsulun növündən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçirilir.

“Müddətli” əmanəti - sizə sərfəli faizlər və 3/6/9/12/24/36 ay arasında müddət seçimi ilə əlavə gəlir qazandırır.

“Proqress” əmanəti -12/24/36 ay müddətinə və depozit məbləğinin artırılması imkanını təqdim edir.

“VİP-Rantye”- depozitin artırılması və qismən çıxarılması imkanı ilə iri məbləğdə sərbəst vəsaitlərin etibarlı saxlanmasını və gəlir gətirməsini təmin edir.
“Uşaq yığım”- övladınızın adına yetkinlik yaşına çatana qədər yığım imkanı verir və faizlərin kapitallaşdırılması ilə maksimal gəlir təklif edir.

Uzun illərdir ki, müştərilərin öz vəsaitlərini rahatlıqla etibar etdiyi “Xalq Bank” 2023-cü ilin ilk rübünün nəticələrinə əsasən depozit portfelinin həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyü sırasındadır. Qeyd edək ki, “Xalq Bank”da yerləşdirilmiş əmanətlər “Əmanətlərin Sığortalanması Fondu”nun qaydalarına uyğun olaraq sığortalanır.

“Xalq Bank” - Uğurla birlikdəyik!


Вернуться назад