Главная > Cəmiyyət > May bayramlarında rusiyalı turistlər Bakıya axışacaqlar

May bayramlarında rusiyalı turistlər Bakıya axışacaqlar


28-04-2023, 16:03. Разместил: azadses
Bakı rusiyalılar arasında may bayramları üçün xarici səfərlərdə ən populyar şəhərlərdən birinə çevrilib.

Bu barədə “Yandeks Puteşestviye” şirkətinin araşdırmasından məlum olub.

“Ən populyar şəhərlər Bakı, İstanbul, Antalya, Daşkənd və İrəvandır. Qonşu ölkələri nəzərə almasaq, əsas istiqamətlər İstanbul, Antalya, Dubay, Dalaman və Təl-Əvivdir”, - deyə ekspertlər bildirib.

Yeri gəlmişkən, ABŞ-nin nüfuzlu “TripAdvisor” xidmətinin səyahət üçün üstünlük verilən trend məkanlar siyahısında Bakının da adı var. Belə ki, 25 fərqli ölkənin şəhərlərinin adlarının yer aldığı siyahıda paytaxtımız səkkizinci yerdə qərarlaşıb.
Onu da bildirək ki, Azərbaycan Dövlət Turizm Agentliyi 2026-cı ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayını 4 milyona çatdırmağı hədəfləndiyi barədə açıqlama verib.

Mənbə: TASS


Вернуться назад