Главная > Cəmiyyət > Salyanda yol qəzası olub, yaralananlar var

Salyanda yol qəzası olub, yaralananlar var


28-04-2023, 08:28. Разместил: azadses
Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Avtovağzal dairəsi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində Salyan rayon sakinləri 1989-cu il təvəllüdlü Sərdarov Əlihüseyn Kəlbihüseyn oğlu, 2000-ci il təvəllüdlü Məlikov Arif Xəlilulla oğlu və 1999-cuil təvəllüdlü Abdullayev Elvin Ziyafət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralananlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад