Главная > Cəmiyyət > Kamran İmanov: "Əqli Mülkiyyət Agentliyi ötən il 1,1 milyon manatdan artıq vəsaitə qənaət edib"

Kamran İmanov: "Əqli Mülkiyyət Agentliyi ötən il 1,1 milyon manatdan artıq vəsaitə qənaət edib"


26-04-2023, 14:58. Разместил: azadses
“Əqli Mülkiyyət Agentliyi ötən il ərzində bir milyon yüz min manatdan artıq vəsaitə qənaət edib”.

“Report” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq” mövzusunda konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlət büdcəsindən yalnız Agentliyin dövlət qulluqçularına bərabər tutulan işçilərinin əmək haqları maliyyələşdirilir: "Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Bu isə institusional islahatın effektivliyinin təsdiqidir”.

K.İmanov bildirib ki, məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.


Вернуться назад