Главная > Cəmiyyət > Bakıda 34 yaşlı qadını altı nəfər döyüb
Bakıda 34 yaşlı qadını altı nəfər döyüb24-04-2023, 11:56. Разместил: azadses |
Bakıda 34 yaşlı qadın bir neçə nəfərin hücumuna məruz qalaraq ağır xəsarət alıb. “Report”un məlumatına görə, metronun “20 Yanvar” stansiyasının yanında baş verib. 1989-cu il təvəllüdlü Pərvanə Məmməd qızı Həbillayeva bildirib ki, tanımadığı 6 nəfər tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və üz-baş nahiyələrinin hematoması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Вернуться назад |