Главная > Cəmiyyət > Göygöl rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların adları açıqlandı - YENİLƏNİB

Göygöl rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların adları açıqlandı - YENİLƏNİB


24-04-2023, 08:25. Разместил: azadses
Bakı-Qazax-Gürcüstan magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 3 nəfərin adları açıqlanıb.

“Report” xəbər verir ki, 2 minik avtomobilinin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Nişanə Zeynalabdı qızı Bayramova, 1963-cü il təvəllüdlü Tamam Ağaverdi qızı Hüseynova və 2001-ci il təvəllüdlü Fərid Səmid oğlu Qasımov müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi olaraq qiymətləndirilir.

Araşdırmalar davam etdirilir.

08:43
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад