Главная > Cəmiyyət > Suraxanıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Suraxanıda iki avtomobil toqquşub, xəsarət alanlar var


20-04-2023, 16:45. Разместил: azadses
Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobillərin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Məmmədov Rəşad Ziyadxan oğlu və 1998-ci il təvəllüdlü Əliyev Elvin Surxay oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır
Вернуться назад